lider-media.az

Hacıqabulda ağacəkmə aksiyası zamanı 200 yeni ting əkilib

Baxış: 229 Tarix: 6-05-2024, 08:08

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Hacıqabul rayonunda ağacəkmə aksiyası təşkil edilib.

Lider-media.az AZƏRTAC-a istinadən xəbər verir ki, ağacəkmə aksiyası Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatı tərəfindən keçirilib.

Aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının rəhbərliyi, idarə, müəssisə və təşkilat əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri və YAP fəalları iştirak ediblər. Hacıqabul-Muğan avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyası zamanı ərazi təmizlənərək ümumilikdə 200 ağac əkilib, həmçinin ağaclara aqrotexniki qulluq göstərilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi