lider-media.az

Polis ikitəkərli nəqliyyat vasitələrinin sürücülərini maarifləndirir

Baxış: 21144 Tarix: 21-07-2025, 11:49

polis-ikitekerli-neqliyyat-vasitelerinin-suruculerini-maariflendirir

Baş DYP İdarəsi motokuryerlər arasında maarifləndirmə işi aparır.  Növbəti tədbir Ekoloji Nəzarət üzrə YPX Bölüyündə keçirilib. Profilaktika məqsədilə postda saxlanılan moped və motosiklet sürücülərinə hüquq və vəzifələri izah edilib, ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır nəticələr doğurduğu bir daha onların diqqətinə çatdırılıb.

Qaydalara qeyd-şərtsiz əməl edilməsinin vacibliyi aparılan söhbətlərin əsas leytmotivini təşkil edib. Belə ki, piyada səkilərində hərəkətin qadağan olması, sürət həddinə, manevretmə qaydalarına və nizamlama vasitələrinin tələblərinə ciddi əməl edilməsi, sərnişin və yük daşımalara dair tələblərin pozulmaması, motoşilem və digər qoruyucu vasitələrdən istifadənin əhəmiyyəti, tələb olunduğu halda ikitəkərli nəqliyyat vasitələrinin hüquqsuz və dövlət nömrə nişansız idarə etməsinin yolverilməz olması və sair bu qəbildən olan məsələlər barədə motokuryerlərə geniş məlumat verilib.

Baş Dövlət Yol Polisi İdarəsi motokuryerlər arasında maarifləndirmə xarakterli tədbirlərin davamlı olaraq keçiriləcəyini bildirir və hər bir hərəkət iştirakçısını yolda təhlükəsizlik naminə birgə iştirakçılığa çağırır.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi