lider-media.az

2026-cı ildə Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi həyata keçiriləcək

Baxış: 23191 Tarix: 20-07-2025, 09:43

Yüksək keyfiyyətli ekoloji mühitin yaradılmasından ötrü tullantıların səmərəli idarə olunması günümüzün ən aktual məsələlərindəndir. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da sözügedən məsələyə xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, ötən ay Lənkəran rayonunun ən böyük 2 problemindən biri olan və kifayət qədər geniş maliyyə tələb edən kanalizasiya sisteminin yenilənməsi istiqamətində cənab Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması” layihəsi çərçivəsində kanalizasiya sisteminin yaradılması üzrə dəyəri 50 milyon manat olan tender elan edilib.

Rayonumuzun digər ən böyük problemlərindən olan, əhalinin səbirsizliklə həllini gözlədiyi “zibil poliqonu”nun müasir dövrün tələblərinə cavab verən səviyyəyə gətirilməsi də artıq reallaşmaq üzrədir. Beləki, Azərbaycan  Respublikasının Baş nazirinin 11 iyul 2025-ci il 420s  Sərəncamı ilə   “2026- cı il üzrə dövlət-özəl tərəfdaşlığı layihələrinin siyahısı” təsdiq edilib. Siyahıda Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi layihəsi də yer alıb.

Qeyd edək ki, ötən əsrin ortalarında Lənkəran rayonunun Göyşaban kəndi ərazisində məişət tullantılarının daşınaraq zərərsizləşdirilməsi məqsədilə ayrılmış 5 hektar torpaq sahəsiəhalinin sayı artığından hazırki tələbata cavab vermir. Mövcud vəziyyət şəhər İcra hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanılıb və rayonda məişət tullantılarının utilizasiyası zavodunun tikintisindən ötrü aidiyyəti yuxarı dövlət orqanlarına müraciətlər ünvanlanıb. Bu məqsədlə xarici investorlarla da çoxsaylı görüşlər keçirilib, müvafiq müzakirələr aparılıb.

“Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun tələblərinə uyğun 2026-cı ildə həyata keçiriləcək layihə çərçivəsində Lənkəran rayonunda bərk məişət tullantılarının idarə edilməsi, başqa sözlə, utilizasiya zavodunun tikintisi və bütövlükdə “zibil poliqonu” probleminin həlli mümkün olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi