lider-media.az

Şəhidlərimizin xatirəsi ehtiramla yad edilib - VİDEO

Baxış: 21115 Tarix: 20-07-2025, 09:36

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Alqayev Harun Məhəmməd oğlu və Cəfərov Vüsal Şəfi oğlunun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. 
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində keçirilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimlərində çıxış edənlər igid oğullarımızın döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Tədbirlərin iştirakçılarına şəhidlərimizin həyat və döyüş yolu haqqında ətraflı məlumat verilib, vətənpərvərlik mövzusunda musiqilər səsləndirilib.
Hər iki şəhidimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi