lider-media.az

Ədliyyə nazirinin müavini Toğrul Hüseynov Hanoyda vyetnamlı həmkarı ilə görüşüb

Baxış: 622 Tarix: 17-07-2025, 18:22

Ədliyyə nazirinin müavini Toğrul Hüseynov Vyetnama səfəri çərçivəsində vyetnamlı həmkarı Nguyen Thanh Tinh ilə görüşüb.


Nazirliyin mətbuat xidmətindən Lider-media.az-a verilən məlumatda bildirilib ki, görüş zamanı iki ölkə arasında iqtisadi, sənaye və digər sahələrdə dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişafı məmnunluqla qeyd olunub, hüquqi sahədə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb.


Tərəflər bu ilin may ayında imzalanmış  “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Ədliyyə Nazirliyi arasında 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramı”nın icrası barədə müzakirələr ediblər.


Görüşdə ən yaxşı təcrübələrin bölüşülməsi, hüquqi sahədə təlim və tədrisin təşkil edilməsi və ədliyyə sahəsində mövcud əməkdaşlıq mexanizmlərinin daha da gücləndirilməsi məqsədilə işçi qrupların yaradılması və qarşılıqlı səfərlərin təşkil edilməsi barədə fikir mübadiləsi aparıblar. 


Qeyd edək ki, Toğrul Hüseynov Vyetnamın paytaxtı Hanoy şəhərində keçirilən Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunur.


 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi