Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən 2025-ci il üçün təsdiqlənmiş Təlimlər planına əsasən İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin (İMM) Vərəm üzrə təlim mərkəzində vərəmlə mübarizə, həbsxanalarda vərəmə nəzarətin təkmilləşdirilməsi və tənəffüs yolu infeksiyalarının qarşısının alınması məqsədilə bir sıra təlimlər təşkil olunub.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Tibb Baş İdarəsinin təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə keçirilən təlimlərin əsas məqsədi penitensiar müəssisələrdə tibb və qeyri-tibb sahəsində çalışan əməkdaşların yoluxucu xəstəliklər haqqında bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.
May və iyun aylarını əhatə edən təlimlər “Şəxsi heyət arasında vərəm və kəskin respirator infeksiyaların yayılmasına qarşı profilaktik tədbirlər”, “Azərbaycanın penitensiar müəssisələrində vərəmin diaqnostikası, müalicəsi və profilaktikasında orta tibb işçilərinin rolu”, “Qısaldılmış müalicə rejimlərinin tətbiqi dövründə həbsxanalarda vərəmə nəzarətin təkmilləşdirilməsi, ÜST-ün Rifampisinə davamlı vərəmin müalicəsinə dair yeni yanaşmaları”, “Penitensiar müəssisələrdə tənəffüs orqanlarının kəskin respirator xəstəlikləri və vərəm infeksiyasının yayılmasına qarşı həyata keçirilən infeksion nəzarət tədbirləri” mövzularını əhatə edib.
Təlimlərə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Mühafizə Alayı Tibb-sanitar hissəsinin əməkdaşları, İMM-nin tibb xidmətinin həkimləri və orta tibb işçiləri, TƏBİB və Səhiyyə Nazirliyinin əməkdaşları, penitensiar müəssisələrin nəzarətçiləri, feldşer və ftiziatr ixtisaslı əməkdaşları daxil olmaqla, 70-dən çox iştirakçı qatılıb.
Təlimçi qismində ÜST ilə Əməkdaşlıq Mərkəzinin müəllim heyəti ilə yanaşı nazirliyin idarəsinin mütəxəssisləri, ÜST Avropa bürosunun eksperti, ÜST Ölkə ofisinin mütəxəssisi və Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitunun həkimi çıxış ediblər.
Silsilə təlimlər “Penitensiar müəssisələrdə İİV/Vərəm infeksiyalarının idarə olunması və bu istiqamətdə həyata keçirilən fəaliyyətlər. Zərərin azaldılması proqramının əhəmiyyəti” mövzusunda təlimlə yekunlaşıb. Sonuncu ikigünlük təlim penitensiar müəssisələrdə yoluxucu xəstəliklərin effektiv idarə olunması və tibb heyətinin peşəkarlığının artırılması məqsədilə tibb sanitar hissələrinin həkimləri üçün təşkil edilib.






Bəzi bələdiyyələr birləşdirilir
Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Martın 24-ü Ümumdünya Vərəmlə Mübarizə Günüdür
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb