lider-media.az

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunu

Tarix: 4-05-2024, 22:54

Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Banqladeşin xarici işlər naziri Məhəmməd Həsən Mahmud ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı tərəflər, yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına töhfə verdiyini, müasir şəraitdə mövcud təhlükələr və çağırışların aradan qaldırılması kontekstində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin önəmi vurğulanıb.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən iqtisadi, humanitar və sosial sahələrdə daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər. Bununla yanaşı, nəqliyyat, səhiyyə, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Nazir Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi COP29-un yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi