lider-media.az

Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub

Baxış: 51297 Tarix: 15-07-2025, 20:43

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə Nazirliyinin (MN) nümayəndələri ilə NATO-nun ekspert heyəti arasında işçi görüşü keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər, həmçinin NATO-nun “Fərdi uyğunlaşdırılmış tərəfdaşlıq proqramı” və “Planlaşdırma və analiz prosesi” sənədləri çərçivəsində görülmüş işləri müzakirə ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi