lider-media.az

“Aqrar Tədarük və Təchizat” ASC aqroturizm təsərrüfatlarına mediatur təşkil edib

Baxış: 414 Tarix: 15-07-2025, 20:55

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Qəbələ, Şəki və Zaqatala rayonlarına mediatur təşkil olunub. Tur çərçivəsində media nümayəndələri “Şəhərdən kəndə” layihəsi əsasında dəstək göstərilən yerli təsərrüfatlara baş çəkib, aqroturizm təsərrüfatlarında görülən işlərlə yaxından tanış olublar.

Mediatur kütləvi informasiya vasitələri nümayəndələrinə aqrar sahədə tətbiq edilən yenilikləri və yerli istehsal prosesini nümayiş etdirmək, regionlarda aqroturizm təsərrüfatlarını tanıtmaq, fermerlərin gündəlik fəaliyyəti ilə tanış etmək məqsədilə təşkil olunub.

Tur zamanı jurnalistlər Qəbələdə yerləşən “Tofiqoğlu” arıçılıq təsərrüfatı, Şəkinin Öryət kəndindəki “Bio Garden” aqroturizm mərkəzi, daha sonra isə Zaqatalada fəaliyyət göstərən “Eko Zaqatala” ailə təsərrüfatlarının fəaliyyət istiqamətləri ilə yaxından tanış olublar.  

Eyni zamanda, media nümayəndələrinə arıçılıq, bağçılıq, heyvandarlıq və aqroturizm sahələrində görülən işlər, istehsal prosesi və əldə edilən nəticələr barədə də ətraflı məlumatlar  təqdim edilib.

Qeyd edək ki, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən bu cür təşəbbüslərin əsas məqsədi ölkəmizdə kənd təsərrüfatının potensialını nümayiş etdirməklə yanaşı, cəmiyyətin diqqətini yerli istehsala yönəltmək və fermerlərin əməyi barədə maarifləndirici məlumatlar təqdim etmək, həmçinin, ictimaiyyəti kənd təsərrüfatı sahəsində aparılan işlər barədə dolğun məlumatlandırmaqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi