lider-media.az

Ağdamın daha iki kəndində tikinti başlayır

Baxış: 52188 Tarix: 15-07-2025, 20:04

Ağdamın daha iki kəndində tikinti başlayır

Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək.

Bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda Baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı deyib.

E.Hüseynov həmçinin gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işlərinin aparılacağı barədə də konfrans iştirakçılarına məlumat verib:

"Ağdam rayonunda həm Baş Qərvənd kəndində, həm Eyvazxanbəyli kəndində tikinti işlərinə bu ay start veriləcək. Biz 2026-cı ilin sonuna qədər bu kəndlərdə də bərpa işlərini yekunlaşdıracaq və əhalinin köçürülməsini təmin edəcəyik".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi