Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası mayın 23-də Ağdam şəhərində keçirilib. Iclasda çıxış edən Samir Nuriyev Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli inkişaf strategiyasını müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin davam etdirildiyini bildirib.
Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində Ağdam rayonu da daxil olmaqla, işğaldan azad olunmuş bütün ərazilərin sürətlə dirçəldiyini və inkişaf etdiyini diqqətə çatdıran Qərargah rəhbəri deyib ki, burada dağıdılmış infrastruktur bərpa olunur, kəndlər və şəhərlər yenidən qurulur, həyat getdikcə daha çox canlanır. Beş il ərzində dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilər üzrə 500-dən çox tədbirdə iştirak edib, müxtəlif təyinatlı 159 layihənin təməlini qoyub, 133 infrastruktur obyektinin açılışını edib.Bildirilib ki, Böyük Qayıdış proqramının uğurlu icrası və dayanıqlı məskunlaşmanın təmin olunması istiqamətində mühüm işlər görülür, işğaldan azad olunmuş ərazilərdəki 14 yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdışı artıq təmin edilib. Bütövlükdə hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə 43 mindən çox insan yaşayır və fəaliyyət göstərir.
İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, dayanıqlı məskunlaşmaya nail olmaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin məşğulluq məsələlərinin həlli əsas hədəflərdən biridir. Bu məqsədlə kənd təsərrüfatı sahəsində fəaliyyətin genişləndirilməsi, biznes mühitinin stimullaşdırılması və iqtisadi fəallığın təşviqi istiqamətlərində zəruri tədbirlər görülür. Artıq Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi üçün icarə müqavilələri bağlanır, işğaldan azad olunmuş ərazilərdə yaradılmış sənaye məhəllələrində sahibkarlıq fəaliyyəti genişləndirilir və investisiyalar cəlb edilir.
Qərargah rəhbəri işğaldan azad edilmiş ərazilərdə şəhər-kənd inteqrasiyasının gücləndirilməsi və regionların digər ərazilərlə dayanıqlı əlaqəsinin təmin olunması məqsədilə nəqliyyat infrastrukturunun qurulması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini qeyd edib. Hazırda ümumi uzunluğu 2644 kilometrə çatan 40 avtomobil yolunun inşası davam etdirilir, uzunluğu 224,1 kilometr olan 7 yolda işlər artıq yekunlaşıb.
İşğaldan azad edilmiş ərazilərin inkişafı və yeni yaşayış məntəqələrinin salınması məsələlərinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu xatırladan Samir Nuriyev bu prosesin yalnız fiziki məkanların qurulması ilə məhdudlaşmadığını, eyni zamanda, sosial, iqtisadi, ekoloji və hüquqi aspektləri özündə birləşdirən çoxşaxəli və kompleks yanaşmanı tələb edən bir proses olduğunu vurğulayıb.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində, habelə Proqram çərçivəsində əhalinin dayanıqlı məskunlaşmasının təmin edilməsi, nəqliyyat infrastrukturunun yaradılması, sərnişindaşıma və rabitə xidmətlərinin təşkili, ərazilərdə şəhərlərin və digər yaşayış məntəqələrinin yenidən qurulması və bərpası sahələrində görülən işlər barədə məruzələr dinlənilib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin ərazilər üzrə xüsusi nümayəndəliklərinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumatlar təqdim edilib.
İclasın sonunda Qərargahın rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə mühüm əhəmiyyət verdiyini bildirib, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin icrası istiqamətində müvafiq tapşırıqları iştirakçıların diqqətinə çatdırıb.
Səfər çərçivəsində Ağdam şəhəri ərazisində bir sıra obyektlərə, o cümlədən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinə, Ağdam Muğam Mərkəzinə və Ağdam İmarət Kompleksinə baxış keçirilib.
İnşasına ötən ildən başlanılmış 2-ci yaşayış məhəlləsi ilə tanışlıq çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi tərəfindən qeyd olunub ki, hazırda 11 kvartalda 66 binanın tikinti işləri davam etdirilir. Məhəllədə ümumilikdə 60 yaşayış, 6 qeyri-yaşayış binası olmaqla, 1268 mənzilin, həmçinin qazanxananın, uşaqlar üçün əyləncə mərkəzinin, idman meydançalarının inşası nəzərdə tutulur.
Daha sonra Ağdam Cümə məscidi ziyarət edilib. İşğal dövründə - 2000-ci il mayın 9-da Ümummilli Lider Heydər Əliyevə təqdim olunmuş daş parçasının aid olduğu məscid Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilib. Məscidin qırıq minarəsi və içindəki daşları, giriş qapısı bərpa olunub, fasadı tarixi görkəminə uyğun restavrasiya edilib.
Sonda dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılmış Ağdam Sənaye Parkına yola düşən Əlaqələndirmə Qərargahının üzvləri burada sahibkarlıq subyektləri üçün təmin edilmiş şəraitlə tanış olublar. Sənaye Parkı barədə məlumat verən iqtisadiyyat naziri vurğulayıb ki, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı rezidentlərin sayına görə ölkədə ikinci sənaye parkıdır. Burada ümumilikdə 31 olmaqla, 27 müəssisə rezident, 4 müəssisə isə qeyri-rezident kimi qeydiyyata alınıb. Sənaye Parkında divar kağızının istehsalçısı olan "Mister Decor", rabitə və işarəvermə, mikroprosessor mərkəzləşmə sistemi avadanlığı istehsalçısı olan "Rail Trans Service", orta və aşağıgərginlikli qurğu, monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün şarjdoldurma avadanlığı istehsalçısı olan "Eel Electric" və təhlükəsizlik ayaqqabıları, poliuretan çəkmələr istehsalçısı olan “BAFCO İnvest” məhdud məsuliyyətli cəmiyyətlərinin fəaliyyəti barədə məlumatlar təqdim olunub.












ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Qazaxda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir
Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Kameranı söndürməyən adam
Rəsmi Bakı ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülh üçün strateji yol xəritəsi rolunu oynayır
15 İyun – Milli birliyin və dövlətçilik ənənələrinin əhəmiyyətini xatırladan gün
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib
TDT-nin Baş katibi: Qurtuluş Günü milli birliyin simvolu kimi böyük önəm daşıyır
Şənbə və bazar gnlərində ölkə ərazisində 84 cinayətin açılması təmin olunub
Ərdoğan ABŞ-İran sazişini mühüm hadisə kimi qiymətləndirib
15 İyun – Tarixin xilasa çevrildiyi gün
Azərbaycan nümayəndə heyəti Bonn iqlim sessiyasında iştirak edib
Milli Kitabxanada “15 iyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub
Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Vətənə bağlanan ömür
Müdafiə Nazirliyi həftəlik fəaliyyət icmalını təqdim edib
Azərbaycan–Şimali Kipr arasında çarter uçuşların başlanması gözlənilir
Агамали Мамедов: Комната ожидания
Prezident İlham Əliyev Kral III Çarlzı təbrik edib

Alimlərdən xəbərdarlıq: Şəkərli içkilər qaraciyər xərçəngi riskini artırır
Unikal araşdırma: Zəfəran qadınların psixoemosional vəziyyətinə və özünəinamına müsbət təsir edir
Güc məşqləri sağlam və uzun ömrün açarlarından biridir
Alimlərin qorxulu iddiası: Bu bəzək bitkisi ilanlara sığınacaq yaradırmış
Sabah bəzi yerlərdə arabir duman olacaq
Günəş püskürmələrinin dərin mənbəyi aşkarlandı