İyulun 15-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan İraq Respublikasının Ali Federal Məhkəməsinin sədri Munder İbrahim Hüseynin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qonaqları səmimiyyətlə salamlayan Baş prokuror, cənab Munder İbrahim Hüseyni İraq Ali Federal Məhkəməsinin sədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Baş prokuror ölkəmizin prokurorluq orqanlarında həyata keçirilən genişmiqyaslı islahatlardan bəhs edərək, müasir dövrdə prokurorluğun cinayətkarlıqla, xüsusilə də korrupsiya ilə mübarizədə rolunu, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb və ölkələrarası təcrübə mübadiləsinin vacibliyini diqqətə çatdırıb.Kamran Əliyev İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində İraqla mövcud əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, təşkilata üzv ölkələrin korrupsiyaya qarşı mübarizə aparan orqanları rəhbərlərinin 2026-cı ildə ölkəmizdə keçiriləcək üçüncü konfransına dair nümayəndə heyətini məlumatlandırıb.
Baş prokuror, həmçinin İraq Respublikasının Ali Məhkəmə Şurasının sədri, Dövlət Prokurorluğunun sədri və Federal Dürüstlük Komitəsinin sədri ilə baş tutmuş ikitərəfli görüşü xatırladaraq, İraqla əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Munder İbrahim Hüseyn iki ölkə arasında tarixi dostluq münasibətlərinə toxunaraq xalqlarımız arasında ortaq mədəni və dini köklərin, qədim tarixə əsaslanan sıx əlaqələrin mövcudluğunu qeyd edib.
Bundan başqa, Sədr hüquq-mühafizə orqanları arasında cinayətkarlıqla, xüsusilə də korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı və səmərəli əməkdaşlığın vacibliyini diqqətə çatdırıb və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb, əlaqələrin möhkəmləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə olunub.
Görüşdə, həmçinin İraq Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Ban Əli Kazım Əl-Həkim iştirak edib.





Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?