lider-media.az

Sahibə Qafarova: Müasir Azərbaycan Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının əyani təcəssümüdür

Baxış: 32114 Tarix: 14-07-2025, 11:34

Bu gün Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda ali hakimiyyətə gəlməsinin 56-cı il dönümü tamam olur. Bu əlamətdar gündə Ulu Öndərin Vətən və xalq qarşısında misilsiz xidmətlərini minnətdarlıq hissi ilə bir daha xatırlayırıq. Müasir Azərbaycan Respublikası Ulu Öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının əyani təcəssümüdür. Ulu Öndər Heydər Əliyevin müstəsna liderlik keyfiyyətləri sayəsində xalqımız hələ sovet dövründə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaradıb, daha sonra bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya və inkişaf etdirə bilib.

Bu fikirləri parlamentin sədri Sahibə Qafarova Milli Məclisin iyulun 14-də keçirilən iclasında bildirib.

Sahibə Qafarova qeyd edib ki, Ümummilli Liderin başladığı missiyanı bu gün Azərbaycanın Prezidenti İlham Əliyev davam etdirir. Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətə çevrilib. Əlbəttə, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması milli inkişaf tariximizdə yeni dövr açıb. İşğaldan azad edilmiş ərazilərimizdə geniş bərpa-quruculuq işləri davam etdirilir. İnamla söyləmək olar ki, Prezident İlham Əliyevin siyasəti Azərbaycana bu günədək olduğu kimi bundan sonra da böyük uğur gətirəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi