lider-media.az

Braziliyada son 80 ilin ən güclü daşqınları 39 nəfərin həyatına son qoyub

Baxış: 222 Tarix: 4-05-2024, 07:36

Braziliyanın cənubundakı Riu-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb.

Lider-media.az xəbər verir ki, bu barədə “CNN Brasil” məlumat yayıb.

Riu-Qrandi-du-Sulda həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günədək 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. On minlərlə yerli sakin evlərini tərk edib və hazırda sığınacaqlardadır.

Portu-Aleqri ştatının paytaxtında Patus gölünün şlüzlərindən biri yarılıb və şəhərin şimalındakı əraziləri daşqın təhlükəsi ilə üz-üzə qoyub.

Braziliya Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, daşqın son 80 ilin ən güclüsü olub, bir sıra şəhərlərdə suyun səviyyəsi müşahidənin başladığı 150 il əvvəldən bəri ən yüksək həddə çatıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi