lider-media.az

Operativ məlumat: Taxıl biçini davam edir, sahələrdən 2 386 294 ton məhsul yığılıb

Baxış: 52 Tarix: 8-07-2025, 12:22

Bu günədək 707 197 hektar sahədə biçin aparılıb, taxıl üzrə orta məhsuldarlıq 33,7 sentnerə çatıb

Respublikada taxıl biçini davam edir.

Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 8-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 76,1 faizində biçin başa çatıb. Mövsüm ərzində 707 197 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 386 294 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 33,7 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 311 171 hektar buğda396 026 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 131 941 ton buğda1 254 352 ton arpa yığılıb. Buğda sahələrinin 62,8 faizindəarpa sahələrinin isə 91,2 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 36,4 sent/ha, arpa üzrə isə 31,7 sent/ha təşkil edir.

Artıq Abşeron, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Göyçay, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Tərtər, Ucar və Yevlax rayonlarında biçin tam yekunlaşıb. Ümumilikdə 24 rayonda taxıl biçininin həcmi 95 faizi keçib, o cümlədən 21 rayonda buğda39 rayonda isə arpa sahələrinin 95 faizdən çoxu biçilib.

Hazırda biçin prosesində 1 159 kombayn iştirak edir. Bunlardan 467 kombayn “Aqroservis” ASC-nin692 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata görə, hazırda ən aktiv biçin Şəki (120 kombayn), İsmayıllı (80 kombayn), Qusar (65 kombayn), Tovuz (61 kombayn), Qazax (54 kombayn), Qəbələ (54 kombayn), Xaçmaz (52 kombayn), Oğuz (50 kombayn), Şamaxı (48 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi