lider-media.az

Birinci yarımildə pensiya ödənişlərinə 3 milyard 548 milyon manat vəsait yönəldilib

Baxış: 60 Tarix: 8-07-2025, 11:20

Birinci yarımildə pensiya ödənişlərinə 3 milyard 548 milyon manat vəsait yönəldilib

Bu ilin birinci yarımilində pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (315 milyon manat) çox olmaqla 3 milyard 548 milyon manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirilib ki, ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.

Cari ilin 6 ayında 24 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 162 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi