lider-media.az

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

Baxış: 430 Tarix: 3-05-2024, 17:53

Qida Təhlükəsizliyi Agentliyi: 49 müəssisədə nöqsanlar aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, mayın 2-də 32 ticarət və 23 ictimai iaşə müəssisəsində monitorinq keçirilib.

Monitorinqlər zamanı 26 ticarət və 23 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması sahəsində məsul şəxslərə icrası məcburi göstərişlər verilib.

Nəzarət tədbirləri COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ölkəyə gələcək xeyli sayda xarici qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi