lider-media.az

Lənkəranda Aşura günü şəhidlərimizin məzarları ziyarət edilib

Baxış: 41247 Tarix: 5-07-2025, 15:14

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov Aşura günündə rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və şəhid ailələrinin üzvləri ilə birgə Lənkərandan olan Milli Qəhrəmanların abidəsini və şəhidlərimizin Şəhidlər Xiyabanı, Kiçik Bazar və Şilavar qəbiristanlığındakı məzarlarını ziyarət edib. Abidə və şəhid məzarları önünə tər güllər düzüblər, hörmət və ehtiramla anıblar.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov Milli Qəhrəman və şəhid ailələri ilə yaxından söhbət edib, onların qayğı və istəkləri ilə maraqlanıb.

Qeyd edək ki, rayonun bütün inzibati ərazi dairələrindəki şəhidlərin məzarları Lənkəran ŞİH başçısı aparatının məsul şəxslərinin iştirakı ilə ziyarət olunub, şəhidlərimizə hörmət və ehtiram, onların ailə üzvlərinə diqqət və qayğı göstərilib.

Aşura günü ilə bağlı iyulun 4-5-də Mərkəzi Qan Bankının Lənkəran bölməsində qanvermə aksiyası təşkil olunub, donorlardan götürülən qanlar yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi