lider-media.az

Orta ixtisas təhsili müəssisələrində kadr islahatları aparılır

Baxış: 32292 Tarix: 5-07-2025, 11:18

Cari ilin ilk yarımilində orta ixtisas təhsili müəssisələrində idarəetmənin təkmilləşdirilməsi, aparılmış monitorinq və yoxlamaların nəticələri, həmçinin çalışmanın yaş həddinə çatma ilə əlaqədar bəzi rəhbər şəxslərlə əmək müqavilələrinə xitam verilib.
Belə ki, qeyd olunan islahatların aparıldığı müəssisələr sırasında Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollec, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, Masallı Dövlət Regional Kolleci, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollec, eləcə də UNEC nəzdində Sosial-İqtisadi Kollec yer alır. Hazırda adıçəkilən kolleclərin bir qismində yeni rəhbər təyinatları həyata keçirilib və bu proses mərhələli şəkildə davam etdirilir.
Qeyd edək ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində ümumilikdə 38 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrdə mütəmadi olaraq monitorinq və auditlər aparılır, nəticələr əsasında zəruri tədbirlər görülür.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi