lider-media.az

Azərbaycanlı tələbələr Çinin aparıcı universitetlərində təqaüdlə təhsil alacaq

Baxış: 53211 Tarix: 4-07-2025, 16:29

"Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən, 2025-2026-cı tədris ili üzrə Çinin nüfuzlu universitetlərində təhsil almaq hüququ qazanmış 43 nəfər Azərbaycan vətəndaşı müəyyən edilib.
Yekun qərar nəticəsində seçilmiş tələbələr “Shanghai Jiao Tong University”, “Shanghai University”, “Zhejiang University”, “China University of Geosciences”, “Nanjing University of Science and Technology”, “Wuhan University”, “Sichuan University”, “University of International Business and Economics”, “Hubei University” və digər nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar.
Tələbələr bakalavriat (1 nəfər), magistratura (37 nəfər) və doktorantura (5 nəfər) səviyyələri üzrə beynəlxalq münasibətlər və idarəetmə, ətraf mühit mühəndisliyi, hüquq, kompüter elmləri, beynəlxalq ticarət, maliyyə, nəqliyyat mühəndisliyi, biznesin idarə edilməsi, mühasibat uçotu, təhsil nəzəriyyəsi və ekologiya kimi ixtisaslar üzrə təhsil alacaqlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi