lider-media.az

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baxış: 219 Tarix: 3-05-2024, 17:15

   Mayın 3-də Azərbaycan Respublikasının Baş Prokurorluğunun və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə  “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Seminar keçirilib.

  Giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tədbirin əhəmiyyəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu istiqamətdə görülmüş işlər və həyata keçirilən tədbirlər, habelə işğaldan azad edilmiş torpaqların “Yaşıl enerji” zonası elan edilməsi və COP-29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsinin önəmi barədə məlumat verib.

  Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Prezident İlham Əliyevin innovativ dövlət idarəçilik texnologiyaları: COP29-a aparan yol” mövzusunda mühazirə ilə çıxış edib.

  Seminar zamanı iştirakçılar tərəfindən mövzu ilə bağlı verilmiş suallar cavablandırılmaqla geniş fikir mübadiləsi aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi