lider-media.az

Uşaq evlərinin sakinləri polisləri iş yerlərində təbrik etdilər

Baxış: 4100 Tarix: 2-07-2025, 16:01

2 iyul - Azərbaycan Polisi Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin sakinlərinin Nərimanov Rayon Polis İdarəsinə ekskursiyası təşkil edilib. Tədbir çərçivəsində 1, 2 və 3 saylı uşaq evlərinin 20 sakini polis əməkdaşlarının gündəlik iş fəaliyyəti ilə tanış olub, idarənin müxtəlif bölmələrini gəziblər. Onlara hüquq-mühafizə orqanlarının işi, asayişin qorunması və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Ekskursiya zamanı uşaqlarla səmimi söhbətlər aparılıb, onların sualları cavablandırılıb. Gələcəkdə polis olmaq istəyən uşaqlara bu peşə barədə tövsiyələr verilib.
Görüş uşaqların sosial inkişafına dəstək olmaq, müvafiq sahə ilə bağlı biliklərini artırmaq və cəmiyyətə inteqrasiyasını təşviq etmək məqsədi daşıyıb.

Sonda uşaqlara polislər tərəfindən xatirə hədiyyələri təqdim olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi