lider-media.az

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Baxış: 376 Tarix: 2-05-2024, 20:05

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) “az” domeninin əhatə dairəsi və imkanlarının genişləndirilməsi məqsədilə milli inzibatçı ilə müzakirələr aparılıb.

İKTA-dan verilən məlumata görə, müzakirələrdə qeyd olunub ki, qısa müddət olmasına baxmayaraq, İSP-lərin və poçt (karqo) xidməti göstərən operatorların hesabatlılığı təmin edilib və adıçəkilən qurumlar rüblük hesabatlarını təqdim edirlər. Bu isə İKTA-ya bazardakı real vəziyyəti təhlil edərək doğru qərarlar verməyə imkan yaradır. Bu baxımdan “az” domeni ilə bağlı milli inzibatçının da hesabatlılığı təqdirəlayiq hesab edilir.

“az” domeni üzrə milli inzibatçı Faiq Fərmanov son illər Azərbaycanda rəqəmsal transformasiya sahəsində böyük irəliləyişlərin baş verdiyini və “az” domeninin idarə edilməsində də rəqəmsallaşmanın əhəmiyyətli olduğunu qeyd edib. Qarşıdakı dövr üçün “az” domeni üzrə istifadəçi məlumatlarının uyğunlaşdırılması məqsədilə elektron hökumət sisteminə inteqrasiyanın planlaşdırıldığını və bu prosesə İKTA-nın da dəstək verə biləcəyini bildirib.

Müzakirələr zamanı qarşıdakı dövr üçün yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadənin nəzərdə tutulduğu və bu istiqamətdə səlahiyyətli tərəflərlə müzakirələrin aparıldığı qeyd edilib. İPv6-ya keçidlə əlaqədar əməkdaşlıq edilməsi də müzakirə predmeti olub.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi