lider-media.az

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirilib

Baxış: 4148 Tarix: 30-06-2025, 16:26

Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) görüş keçirilib. Görüşdə institutun rəhbərliyi və inzibati heyəti də iştirak edib.
Görüşün əsas məqsədi informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən elmi müəssisə ilə tanışlıq, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi olub. 
Görüş zamanı müəssisənin innovasiya və rəqəmsal texnologiyalar üzrə prioritet istiqamətləri, həmçinin elm və təhsil müəssisələri ilə əməkdaşlıq imkanları barədə məlumat verilib, fikir mübadiləsi aparılıb. 
Görüş çərçivəsində nazirliyin əməkdaşları binanın tarixi, ümumi infrastrukturu və əsas fəaliyyət istiqamətləri, texnoloji avadanlıqlarla və əməkdaşların iş şəraiti ilə tanış olublar.
Tədbir iştirakçıları sözügedən layihə çərçivəsində keçirilən bu formatlı görüşlərin qarşılıqlı əməkdaşlığa və texnologiya yönümlü potensialın birgə inkişafına töhfə verəcəyini vurğulayıblar.

1 / 4


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi