lider-media.az

WRC Azerbaijan Çempionatında, “Robotların Qaydasız Döyüşü – Bots Combat” kateqoriyasında böyük uğur

Baxış: 8310 Tarix: 30-06-2025, 15:37

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən komandalar WRC Azerbaijan Çempionatında, “Robotların Qaydasız Döyüşü – Bots Combat” kateqoriyasında böyük uğura imza atıblar.
🥇 Caspian Warriors komandası 15 kq çəki kateqoriyasında I yer,
🥉 Hunter Sənaye komandası isə 30 kq çəki kateqoriyasında III yer qazanıb.
🏆 Qalib komandalar ölkəmizi Hindistanda keçiriləcək Dünya Robot Olimpiadasında təmsil edəcəklər.
Komandalarımızı, müəllimlərimizi, mentorlarımızı və bu uğura töhfə verən hər kəsi təbrik edirik.
Qeyd edək ki, Dünya Robot Çempionatı - Technoxian Azərbaycan 2024-cü ildən etibarən, iyun ayında AREA- Azərbaycan Robotexnika Mühəndislik Akademiyasının rəsmi təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq yarışmadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi