lider-media.az

Cəbrayıl, Zəngilan və Laçında keçirilən əmək yarmarkalarında 60 vakansiya təqdim olunub

Baxış: 3157 Tarix: 25-06-2025, 17:46

Böyük Qayıdış proqramına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir. Agentlik tərəfindən Cəbrayıl, Zəngilan və Laçında növbəti əmək yarmarkaları keçirilib. Yarmarkalarda 5 işəgötürən tərəfindən 60 vakansiya təqdim olunub. Vakansiyalar, əsasən, tikişçi, xalçaçı, ofisiant, elektrik, santexnik, operator, təsərrüfatçı peşələri üzrə olub. Tədbirə qatılan sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat verilib, həmçinin vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi