lider-media.az

Bu gün Laçında keçirilən əmək yarmarkasında 210-dan çox vakansiya təqdim edilib

Baxış: 149 Tarix: 9-04-2025, 16:20

Böyük Qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə aktiv məşğulluq tədbirlərini davam etdirir.

Agentlik bu gün Laçında  növbəti əmək yarmarkası keçirib. Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə keçirilən yarmarkada 9 işəgötürən tərəfindən 213 vakansiya təqdim olunub. Onların sırasında həkim, elektrik, xəzinədar, aşpaz, sürücü, təsərrüfat işçisi, ofisiant, qeydiyyatçı, gözətçi və s. kimi vakansiyalar yer alıb.

Tədbirə qatılan sakinlərə vakansiyalar, iş öhdəlikləri barədə məlumat verilib, vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Yarmarkada Laçın sakinlərinə icra olunan məşğulluq tədbirləri barədə də məlumat verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi