lider-media.az

Azərbaycanla İran arasında mədəni əlaqələr müzakirə olunub

Baxış: 122 Tarix: 1-05-2024, 22:46

Azərbaycanla İran arasında mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mayın 1-də İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.

Nazirliyin məlumatında bildirilib ki, görüşdə Adil Kərimli iranlı həmkarına Foruma qatıldığına görə təşəkkürünü bildirib və “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqla bağlı qlobal platforma kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyini deyib.

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında qonağa məlumat verən nazir bildirib ki, mötəbər tədbirdə iqlim dəyişikliklərinin mədəni proseslərə təsiri məsələləri də müzakirə olunacaq.

Məhəmməd Mehdi İsmaili öz növbəsində Foruma dəvətə görə təşəkkürünü bildirib, tədbirin gündəmə gətirilən mövzuların aktuallığı baxımından əhəmiyyətini qeyd edib.

Söhbət zamanı mədəni əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi