lider-media.az

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

Baxış: 185 Tarix: 1-05-2024, 22:26

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində görüşlər davam edir.

Mayın 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşüb.

Nazirlikdən verilən məlumatda bildirilib ki, Rusiyalı həmkarını səmimi salamlayan nazir iki ölkə arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirib.

Qeyd olunub ki, son illərdə iki ölkənin bədii kollektivlərinin qarşılıqlı qastrol səfərləri, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq və təcrübə mübadiləsi intensiv xarakter alıb.

Görüşə görə təşəkkürünü bildirən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Forumun əhəmiyyətini yüksək qiymətləndirib, tədbirdə aktual mövzuların müzakirə olunduğunu deyib.

Söhbət zamanı Azərbaycan-Rusiya mədəni əlaqələrinin qədim tarixinin və köklü ənənələrinin olduğu bildirilib. Yaxın gələcəkdə Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya Mədəniyyəti Günləri ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiyalı nazir ölkəmizi bu ilin sentyabr ayında təşkil olunacaq X Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət edib.

Görüşdə həmçinin iki ölkə arasında bədii təhsil üzrə tələbə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi