lider-media.az

Mixail Şvıdkoy Bakıda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Baxış: 764 Tarix: 1-05-2024, 20:41

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərovla görüşüb.

Lider-media.az xəbər verir ki, mədəni və humanitar sahələrdə Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə edilib, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensial nəzərdən keçirilib, gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə 2024-cü ildə Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi, dövrümüzün aktual məsələsi sayılan ətraf mühitin qorunması kimi problemlərin həlli istiqamətində mühüm platforma rolunu oynayan COP29-da Rusiya Federasiyasının iştirakı və pavilyonla təmsil olunması müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi