lider-media.az

Bu ilin I rübü üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının statistikası açıqlanıb

Baxış: 357 Tarix: 1-05-2024, 20:10

Bu ilin I rübü üzrə ümumölkə yerüstü televiziya Bu ilin I rübü üzrə ümumölkə yerüstü televiziya yayımçılarının proqramlarının statistikası açıqlanıb

Azərbaycan Respublikası Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2024-cü ilin birinci rübü ərzində (yanvar, fevral və mart aylarında) ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb.

Audiovizual Şura aparatından AZƏRTAC-a bildirilib ki, statistikaya əsasən, ümumi olaraq açıq ümumölkə yerüstü televiziya yayımında ilin ilk üç ayı ərzində efirdə olmuş proqramların 23,5 faizini informasiya və analitik proqramlar təşkil edib. Sıralamada daha sonra idman proqramları (15,2 faiz ilə), musiqili və əyləncəli formatda proqramlar (13,9 faiz ilə) və reklam məzmunlu materiallar (12 faiz) yer tutur. Mədəni-maarif janrlı proqramların (maarifləndirici, publisistik, tarixi-mədəni və sairə materiallar) payı bütün kanallar üzrə ümumi olaraq 9,4 faiz olub.

Yerüstü televiziya kanalları üzrə ümumi və hər bir kanal üzrə ayrılıqda statistika ilə əlavə olunmuş slaydlarda tanış olmaq olar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi