lider-media.az

Neftçalada narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən şəxs saxlanılıb

Baxış: 341 Tarix: 18-06-2025, 15:18

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 55 yaşlı Ariz Hüseynov saxlanılıb. 
DİN-nin Mətbuat Xidmətindən Lider-media.az-a verilən məlumatda bildirilib ki, ondan kultivasiya edərək yetişdirdiyi 562 ədəd çətənə kolu aşkar olunub. Saxlanılan şəxs narkotik tərkibli bitkiləri aprel ayında əkdiyini və aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər əməliyyatlar zamanı narkotik tərkibli bitkilərin kultivasiya edərək yetişdirən daha 6 nəfər saxlanılıb. Həmin şəxslərdən isə müxtəlif çəkilərdə marixuana və çətənə kolları aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi