lider-media.az

Yanvar-may aylarında əlilliyi olan şəxslərə 57 min reabilitasiya vasitəsi verilib

Baxış: 423 Tarix: 18-06-2025, 13:06

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cari ilin 5 ayı ərzində əlilliyi olan şəxslərə 57 min reabilitasiya vasitəsi verilib.

Onlardan 4,2 mindən çoxu  təkərli oturacaq (o cümlədən 41-i mühərrikli təkərli oturacaq), 1,1 mini aşağı və yuxarı ətraf protezi, 2,7 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. Həmçinin əlilliyi olan şəxslərə 4,1 min cüt protez və ortopedik ayaqqabı, 560-dan çox eşitmə aparatı, korset və s. reabilitasiya vasitələri təqdim olunub. Yanvar-may aylarında əlilliyi olan 7,6 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi