lider-media.az

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 21,3 min reabilitasiya vasitəsi verilib

Baxış: 179 Tarix: 17-03-2025, 11:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 21,3 min reabilitasiya vasitəsi verilib.

Onlardan  1,5  mini  təkərli oturacaq (o cümlədən 35-i mühərrikli təkərli oturacaq), 497-si aşağı və yuxarı ətraf protezi, habelə 237-si eşitmə aparatı, 713-ü əsa, qoltuqaltı və dirsəkaltı ağac olub. 

Həmçinin əlilliyi olan şəxslərə 642 cüt protez və 901 cüt ortopedik ayaqqabı, 25 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin iki ayı ərzində ümumilikdə 3,4 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.


 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi