lider-media.az

Şirvanda tibb işçilərinin peşə bayramı qeyd edilib

Baxış: 4 Tarix: 17-06-2025, 21:09

İyunun 17-də Şirvan Şəhər İcra Hakimiyyətində 17 İyun – Tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri və bir qrup tibb işçisi iştirak ediblər. Tədbir iştirakçıları öncə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş nitqi ilə açan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tibb işçilərini peşə bayramı günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildirərək, şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb. Ulu Öndər Heydər Əliyevin səhiyyə sahəsində başlatdığı islahatların bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, son illər ərzində səhiyyə sisteminin təkmilləşdirilməsi istiqamətində böyük işlər görüldüyünü, səhiyyənin inkişafı, yeni tibbi texnologiyaların tətbiqi, maddi-texniki bazasının və infrastrukturunun yenilənməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.

COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə tibb işçilərinin öz vəzifə borclarını ləyaqətlə yerinə yetirərək, həm ümumbəşəri təhlükə ilə mübarizədə, həm də döyüş cəbhəsində yaralanan əsgərlərin həyata qaytarılmasında böyük fədakarlıq nümunəsi göstərdiklərini diqqətə çatdırıb.

Çıxış edən Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Pərviz Rüstəmbəyov dövlətimiz tərəfindən səhiyyəyə göstərilən qayğıdan, əhalinin sağlamlığının qorunması istiqamətində qarşıya qoyulan vəzifələrdən danışaraq əmin edib ki, şəhərin çoxsaylı tibb işçiləri üzərilərinə düşən şərəfli işin öhdəsindən bundan sonra da ləyaqətlə gəlməyə çalışacaqlar.

Tədbirdə iştirak edən səhiyyə işçiləri tibb müəssisələrində yaradılan şəraitə və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra tibb işçilərinin peşə bayramı günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə bir qrup tibb işçisi şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Sonda xatirə şəkli çəkilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июль 2025    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi