lider-media.az

MEK ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlıq genişlənir

Baxış: 236 Tarix: 17-06-2025, 17:19

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli və Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru Elbrus İsayev arasında universitetin Elmi Kitabxanasında keçirilən görüş çərçivəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə NDU arasında elmi-informasiya sahəsində əməkdaşlığın genişləndirilməsinə dair mühüm razılaşmalar əldə olunub.


Görüş zamanı AMEA ilə NDU arasında elmi əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində digər mühüm məsələlərlə yanaşı, kitabxana işi üzrə təcrübə mübadiləsi, elmi nəşrlərin paylaşılması və MEK-in elektron resurslarından NDU-nun professor-müəllim heyəti və tələbələrinin istifadəsinin təmin olunması nəzərdə tutulur.


MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında iki qurum arasında qurulan əməkdaşlığın elmi biliklərin daha geniş yayılmasına və innovativ xidmətlərin tətbiqinə xidmət edəcəyini bildirib. O, kitabxana resurslarının birgə istifadəsinin, xüsusilə gənc tədqiqatçılar və tələbələr üçün faydalı imkanlar yaradacağını vurğulayıb.


Görüş çərçivəsində MEK tərəfindən 48 adda, 50 sayda seçilmiş elmi və akademik kitab Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasına hədiyyə olunub.


NDU-nun Elmi Kitabxanasının direktoru Xumar Məmmədova da MEK-lə əməkdaşlığın faydalarından bəhs edərək elmi məlumatların əlçatanlığını artıracağını qeyd edib.


Tədbirin sonunda AMEA rəhbəri tərəfindən NDU-nun rektoruna və kitabxana müdirinə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının oxucu biletləri təqdim olunub.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi