lider-media.az

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Daşkəsəndə vətəndaşları qəbul edəcək

Baxış: 297 Tarix: 17-06-2025, 15:16

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyunun 20-də saat 09:00-da Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyən Gəncə və Naftalan şəhərlər, Daşkəsən, Göygöl, Samux, Goranboy rayonlarının sakinləri Daşkəsən DAİM-ə (055-775-83-22) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi