lider-media.az

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsmayıllıda vətəndaşları qəbul edəcək

Baxış: 231 Tarix: 26-05-2025, 17:00

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov mayın 30-da saat 09:00-da İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında İsmayıllı, Ağsu, Qobustan və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən İsmayıllı, Ağsu, Qobustan və Şamaxı sakinləri İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-851-56-26) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi