lider-media.az

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Tovuzda vətəndaşları qəbul edəcək

Baxış: 249 Tarix: 14-04-2025, 15:01

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov aprelin 18-də saat 09:00-da Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul zamanı bu rayonlardan olan vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyən Tovuz, Şəmkir, Ağstafa, Qazax və Gədəbəy sakinləri Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinə (070-2151421) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar mütləq əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi