lider-media.az

QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsində

Baxış: 109 Tarix: 17-06-2025, 14:01

İyunun 17-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Sosial və humanitar siyasət komitəsinin əlavə iclası keçirilib. Tədbirdə Milli Məclisin deputatları - QDİƏT PA-da nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev, üzvləri Eldar İbrahimov, Musa Quliyev, Səbinə Salmanova, quruma üzv ölkələrin parlament nümayəndə heyətləri və digər şəxslər iştirak ediblər. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, həmçinin  QDİƏT PA-nın Sosial və humanitar siyasət komitəsinin sədri Musa Quliyev iclasda diqqətə çatdırıb ki,  tədbir “QDİƏT-ə üzv dövlətlərdə əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusuna həsr olunub.

İclasda “QDİƏT-ə üzv dövlətlərdə əlilliyi olan şəxslərin təhsilinin və məşğulluğunun artırılması üzrə cari təcrübə və strategiyalar” mövzusunda hesabat layihəsinə baxılıb, eyni mövzuda tövsiyə qərarının layihəsi səsə qoyularaq qəbul edilib. Tədbirdə QDİƏT Parlament Assambleyasının Baş katibi Asəf Hacıyev iştirak edirdi.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi