lider-media.az

“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim başa çatıb

Baxış: 171 Tarix: 30-04-2024, 22:44

Medianın İnkişafı Agentliyi və ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə COP29 ideyalarının yerli auditoriyaya çatdırılmasında aktiv iştirak edəcək jurnalistlər üçün silsilə təlimlər çərçivəsində “COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda ikigünlük təlim yekunlaşıb.

Agentlikdən AZƏTAC-a bildirilib ki, təlimdə 2001-2010-cu illər arasında iqlim dəyişikliyi siyasətləri üzərində çalışmış, Türkiyəni UNFCCC COP-da müzakirəçi kimi, iqlim dəyişikliyi ilə bağlı müxtəlif beynəlxalq konfrans və tədbirlərdə təmsil etmiş, beynəlxalq ekspert Ayşe Özge Kepenek Bozkırlıoğlu, ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunun Enerji və Dayanıqlı İnkişaf Proqramının baş elmi işçisi Əhməd Hümbətov, həmin institutda enerji və ekoloji siyasət, yaşıl enerji və iqlim dəyişikliyi, davamlı inkişaf və su ehtiyatlarının idarə edilməsi üzrə ixtisaslaşmış baş elmi işçi Həcər Hüseynova jurnalistlərlə müvafiq mövzuda geniş fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.

Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi