
Arəstə Kərim qızı Baxışova 1989-cu il mayın 4-də Xaçmaz şəhərində anadan olmuşdur. O, dörd yaşı olanda atası vəfat etmişdir. Arəstə kiçik yaşlarından hərbçi peşəsinə böyük maraq göstərmiş, Azərbaycan Dövlət Pedaqoji kollecinin ingilis dili fakültəsini bitirdikdən sonra 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında çalışmış, 12 iyul 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində operator işləmiş, tibbi kurs bitirdikdən sonra həmin hərbi hissədə kiçik çavuş rütbəsində xidmət etmişdir.
27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlayanda Arəstə Baxışova iki azyaşlı övladlarını anasına tapşırır və könüllü olaraq cəbhə bölgəsinə yollanır. O, bir çox yaralı əsgərlər və zabitlərimizi döyüş meydanından çıxarmış və onlara tibbi xidmət göstərərək ölümün pəncəsindən xilas etmiş, oktyabrın 23-də Qubadlı uğrunda gedən gərgin döyüşlər zamanı yaralı əsgərlərimizi döyüş meydanından çıxaran zaman güllə yarası almış və ömrünün otuz birinci baharında Vətən uğrunda qəhrəmancasına şəhid olmuşdur. Şəhid xanım Binəqədi rayonunun Biləcəri qəsəbəsində “Şəhidlər məzarlığı”nda dəfn edilib.
Şəhidin anası Məktubə xanım: Arəstə özünü dərk edəndən hərbçi olacağını deyirdi. Vətən müharibəsi başlayanda mənə yaxınlaşıb dedi: “Ana, konullu olaraq cəbhəyə gedirəm. Usaqlarım sənə əmanət”. Arəstə ölümdən qorxan deyildi. Məni kövrəldən qızımın köynəyinin cibindən çıxan uşaqlarının dərs və hazırlıq cədvəlləri oldu. Yazmışdı ki, uşaqları saat neçədə məktəbə, müəllimin yanına hazırlığa gedəcək. İstəyirdi ki, oğlu Mərdan və qızı Zəhra ali təhsil alsın, vətənə layiqli övlad olsunlar. Mən qızımla qürur duyuram. Çalışacağam ki, onun arzularını həyata keçirim.
Şəhid xanımın 10 yaşlı qızı Zəhra anası ilə qurur duydugunu deyir: “Anam həmisə mənimlə fəxr edirdi. İndi mən də anamla fəxr edirəm ki, o, Vətən ugrunda səhid oldu”. Anasının hərbi papağını qürurla daşıyan Mərdan hərbçi olmaq istəyir.
Arəstə xanımın iş yoldaşı Pərvanə xanım: “Arəstə xanımın ən çətin və ən xoş günlərində həmişə yanında olmuşam. O, mənim yaddaşımda çox səmimi, işgüzar, vətənpərvər və ən əsası gözəl ana kimi qalacaq. Xanım şəhidimiz Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə tibb bacısı kimi iştirak edərək, yaralı hərbçilərimizin həyatını xilas edib. Şəhidlər ölməz. Onların əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq və ehtiramla yad ediləcəkdir”.
Şəhid Arəstə Kərim qızı Baxışova Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qürurla qeyd edək ki, Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin “Florence Naightingale” medalının 48-ci təltifetmə mərasimində 18 ölkədən bu medala layiq görülən 25 tibb bacısının sırasında 44 günlük Zəfərin şəhid xanımı Arəstə Kərim qızı Baxışovanın da adı vardır.

Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Xocalının Vətən Müharibəsi Şəhidləri
Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb
Vətən müharibəsinin ilk xanım şəhidi-- Arəstə Baxışova
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb