lider-media.az

İran nüvə sazişindən çıxır - Deputatlar səs verdilər

Baxış: 124 Tarix: 16-06-2025, 17:01

İran nüvə sazişindən çıxır - Deputatlar SƏS VERDİ

İran parlamenti Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağa səs verib. Bu barədə İran mətbuatı yazıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi həftəlik mətbuat konfransında bildirib ki, İran XİN Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxmasını müzakirə etmək üçün ölkə parlamenti ilə koordinasiya edir:

"Biz parlamentlə daimi təmasdayıq. Təbii ki, ölkə parlamentinin qəbul etdiyi qanunlar mütləq icra olunacaq. İndi bütün müvafiq qanun layihələri parlamentdə müzakirə olunur və Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı ölkə parlamenti ilə daim əməkdaşlıq edir".

Baqayi qeyd edib ki, Tehran müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdə davam edir və nüvə silahının Yaxın Şərqdə yeri olmadığına inanır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi