lider-media.az

Pezeşkian İran xalqına çağırış etdi

Baxış: 299 Tarix: 16-06-2025, 15:45

İsraillə dörd gündür davam edən silahlı qarşıdurma fonunda İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı istehsalı ilə bağlı iddiaları təkzib edib və xalqa birlik çağırışı edib. Pezeşkian bu barədə İran parlamentində çıxışı zamanı deyib.

Prezident bildirib ki, İranın nüvə silahı əldə etmək kimi bir niyyəti yoxdur. Bununla yanaşı, ölkəsinin nüvə enerjisindən istifadə hüququna sahib olduğunu qeyd edib və enerji məqsədilə uranın zənginləşdirməyə davam edəcəklərini bildirib.

“Fərqliliklərimizi bir kənara qoyub, soyqırımçı və cinayətkar düşmənin təcavüzünə qarşı güclü durmalıyıq. Düşmən bizi döyərək, öldürərək və sui-qəsdlərlə yolumuzdan döndərə bilməz. Bayrağı yerə düşən hər qəhrəmanın yerinə onu qaldıracaq yüzlərlə qəhrəmanımız var”, - prezident qeyd edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi