lider-media.az

"Şuşa Bəyannaməsi"nin imzalanmasından 4 il ötür

Baxış: 5 Tarix: 15-06-2025, 07:20

"Şuşa Bəyannaməsi": 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin əsas dönüş nöqtəsi

Məlum olduğu kimi, 2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında strateji əməkdaşlığın rəsmiləşdirilməsi ilə yanaşı, Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi reallıqların və təhlükəsizlik arxitekturasının siyasi-hüquqi əsaslarını müəyyənləşdirən mühüm sənəd kimi tarixə düşmüşdür. Bəyannamənin məhz Şuşa şəhərində imzalanması bu sənədin tarixi və mənəvi-siyasi önəmini daha da gücləndirmiş, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin əsas dönüş nöqtəsinin yaşandığı məkanda müttəfiqlik münasibətlərinin ifadə olunması ölkəmizin ərazi bütövlüyünün möhkəmləndirilməsində yeni mərhələnin başlandığını nümayiş etdirmişdir.

Bu sənədin hüquqi məzmunu Azərbaycan və Türkiyənin ikitərəfli münasibətlərini strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltmiş və beləliklə, beynəlxalq hüquq müstəvisində qarşılıqlı hərbi-siyasi dəstəyin əsaslarını yaratmışdır. Müttəfiqlik anlayışının bu kontekstdə tətbiqi yalnız müdafiə məsələlərində deyil, eyni zamanda diplomatik koordinasiya, informasiya siyasəti, müdafiə sənayesi, enerji təhlükəsizliyi, regional nəqliyyat və mədəni-humanitar əlaqələrin bütün istiqamətlərində ortaq fəaliyyət mexanizmlərinin yaradılmasını şərtləndirmişdir. Bəyannamə, həmçinin klassik kollektiv təhlükəsizlik modelinə uyğun şəkildə bir tərəfə edilən təhdidin digərinə də yönəldiyi prinsipinə əsaslanaraq Azərbaycan və Türkiyənin milli təhlükəsizlik konsepsiyalarını bir-birinə yaxınlaşdırmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” iki qardaş dövlət arasında strateji əməkdaşlığın rəsmiləşdirilməsi ilə yanaşı, Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi reallıqların və təhlükəsizlik arxitekturasının siyasi-hüquqi əsaslarını müəyyənləşdirən mühüm sənəd kimi tarixə düşmüşdür. Bəyannamənin məhz Şuşa şəhərində imzalanması bu sənədin tarixi və mənəvi-siyasi önəmini daha da gücləndirmiş, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin əsas dönüş nöqtəsinin yaşandığı məkanda müttəfiqlik münasibətlərinin ifadə olunması ölkəmizin ərazi bütövlüyünün möhkəmləndirilməsində yeni mərhələnin başlandığını nümayiş etdirmişdir.

Bu sənədin hüquqi məzmunu Azərbaycan və Türkiyənin ikitərəfli münasibətlərini strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəltmiş və beləliklə, beynəlxalq hüquq müstəvisində qarşılıqlı hərbi-siyasi dəstəyin əsaslarını yaratmışdır. Müttəfiqlik anlayışının bu kontekstdə tətbiqi yalnız müdafiə məsələlərində deyil, eyni zamanda diplomatik koordinasiya, informasiya siyasəti, müdafiə sənayesi, enerji təhlükəsizliyi, regional nəqliyyat və mədəni-humanitar əlaqələrin bütün istiqamətlərində ortaq fəaliyyət mexanizmlərinin yaradılmasını şərtləndirmişdir. Bəyannamə, həmçinin klassik kollektiv təhlükəsizlik modelinə uyğun şəkildə bir tərəfə edilən təhdidin digərinə də yönəldiyi prinsipinə əsaslanaraq Azərbaycan və Türkiyənin milli təhlükəsizlik konsepsiyalarını bir-birinə yaxınlaşdırmışdır.

Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi