lider-media.az

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Baxış: 906 Tarix: 30-04-2024, 15:20

Nazir: Azərbaycanın tərəfdarı olduğu danışıqlar Cənubi Qafqazda sülhə və sabitliyə hesablanıb

Azərbaycanın tərəfdarı olduğu ikitərəfli və birbaşa sülh danışıqları Cənubi Qafqazda dayanıqlı sülhə və sabitliyə hesablanıb, habelə delimitasiya komissiyaları arasında əldə olunmuş son razılıqların da nümayiş etdirdiyi kimi qarşılıqlı şəkildə qəbul oluna bilən nəticələrin əldə edilməsi baxımından ən səmərəli və uğurlu xətt kimi özünü doğruldur.

Lider-media.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 30-da Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında çıxışı zamanı deyib.

Ceyhun Bayramov tədbirdəki çıxışında, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu fəaliyyətə təhdid törədən mina təhlükəsi barədə də danışıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi