Orta Dəhliz artıq mövcuddur və fəaliyyət göstərir. Heç kimdə elə təəssürat yaranmamalıdır ki, bu dəhliz yoxdur və kimsə gəlib onu yenidən qurmalıdır. Azərbaycan və tərəfdaşlarımız bu dəhlizə sərmayə yatırır. Əlavə tərəfdaşlar da gəlib bu imkanlardan faydalana bilərlər.Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Praqada “GLOBSEC Forum 2025” çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, Azərbaycan Orta Dəhlizi Avropa İttifaqı ilə Çin kimi iki böyük iqtisadi güc arasında strateji bağlantı kimi görür. “Avropa İttifaqı ilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard avrodan çoxdur. Onlar rəqabət apara bilərlər, lakin biz bunu əməkdaşlıq imkanları kimi görürük”,- deyə Hacıyev bildirib.
Prezidentin köməkçisi əlavə edib ki, Çinin “Kəmər və Yol” təşəbbüsü ilə Avropa İttifaqının “Qlobal Qapı” (Global Gateway) təşəbbüslərinin Cənubi Qafqaz və Xəzər regionuna necə tətbiq olunacağı hələ də tam aydın deyil. “Biz tərəfdaşlarımızla əməkdaşlığa açığıq, lakin öz planlarımızı da yerinə yetiririk”,- deyə o vurğulayıb.
Hikmət Hacıyev çıxışında bir daha bildirib ki, Orta Dəhliz artıq mövcuddur və fəaliyyət göstərir: “Heç kimdə elə təəssürat yaranmamalıdır ki, bu dəhliz yoxdur və kimsə gəlib onu yenidən qurmalıdır. Azərbaycan və tərəfdaşlarımız bu dəhlizə sərmayə yatırır. Əlavə tərəfdaşlar da gəlib bu imkanlardan faydalana bilərlər”.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Prezidentin müsahibəsinin TAM MƏTNİ
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib YENİLƏNİB VİDEO
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İlham Əliyevin andiçmə mərasimi keçirilib
Yalçın Rəfiyev COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Ölkəmizdə ilk dəfə Milli Məşğulluq Forumu keçirilir
Dövlət Komitəsi oktyabr ayında sosial dəstək tədbirlərini davam etdirib
Qanlıgöl ətrafında genişmiqyaslı abadlaşdırma işlərinə başlanılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirilib
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Leyla Əliyeva:“Hər bir qadın öz gücünə inansın”
Noyabrın 17-də gözlənilən hava şəraiti
Birgə Bəyannamə - strateji tərəfdaşlığın yeni yol xəritəsi
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan regional nəqliyyat xəritəsində mövqeyini möhkəmləndirir
Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Süni intellekt müharibənin qaydalarını dəyişir: dünya ölümcül avtonom silahların təhlükəsi qarşısında
Sənaye istehsalı haqqında
Kənd təsərrüfatı məhsulu istehsalı
Əsas kapitala yönəldilmiş investisiyalar

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı