lider-media.az

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək

Baxış: 503 Tarix: 30-04-2024, 13:03

Dövlət Komissiyasının nümayəndəsi: Sonuncu itkinin taleyi məlum olana qədər axtarışlar davam edəcək

“Birinci Qarabağ müharibəsinin qəhrəmanlarından Natiq Qasımovun nəşinin tapılması asan olmayacaq”.

Lider-media.az xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov aprelin 30-da keçirilən brifinqdə deyib.

O bildirib ki, Natiq Qasımov əsir götürülərək beynəlxalq hüquq normalarına zidd üsullarla qətlə yetirilib: “Onun nəşinin tapılması asan olmayacaq. Çünki ona və digər qəhrəmanlara qarşı qeyri-insani davranışlar sərgilənib”.

Eldar Səmədov bildirib ki, Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində itkin düşənlərin, eyni zamanda, Laçında kəskin hava şəraitində itkin düşmüş iki əsgərin axtarışları davam edir. “Sonuncu itkinin taleyi məlum olana qədər proses davam edəcək”, - deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi