lider-media.az

Tülkülər də əhilləşdirilirmiş...

Baxış: 309 Tarix: 30-04-2024, 07:53

Rəvayətlərə görə, yırtıcı heyvanların bəzisi nə vaxtsa insanlarla birlikdə yaşayıb. Onların arasında ən çox maraq doğuran heyvanlardan biri də tülküdür. Tülkü qədər haqqında xalq bəzəmələri qoşulan ikinci bir hiyləgər heyvan tapmaq çətindir. Belə heyvanı isə əhilləşdirmək  inanıllmazdır. Çünki nə vaxt nə edəcəyini bilmək olmur, qeyd etdiyimiz kimi, tülkü hiyləgərdir...  Lakin Argentinanın Pataqoniya bölgəsində aparılmış tədqiqatlar vaxtilə yerli əhalinin tülküləri əhlilləşdirdiyini sübut edir.

Lider-media.az xəbər verir ki, məlumat beynəlxalq elmi jurnallarda dərc olunub. Pataqoniyada 1500 illik qəbri açan arxeoloqlar burada insan skeleti ilə yanaşı tülkü skeletinə də rast gəliblər. Bu da insanların həmin dövrdə tülkünü ev heyvanına çevirdiklərini deməyə əsas verir. Halbuki Pataqoniyada itlər təxminən 900 il əvvəl əhlilləşdirilib.

Tarixçilərin fikrincə, əhlilləşdirilmiş tülkülər pataqoniyalı ovçuları və yığıcıları gündəlik həyatda müşayiət edib. Onların ölçüləri də indiki tülkülərdən daha böyük – müasir alman çoban iti ölçüsündə olub.

Qəbirdə aşkar edilmiş tülkünün qidalanması da maraq doğurur. Biokimyəvi analiz göstərir ki, tülkünün qidası o dövrün sakinlərinin qidalanmasından çox da fərqlənmir. Bu dördayaqlıların əsas yeməyi qarğıdalı və digər bitkilər olub.

P.s...Belə bir deyim var: "Qulaq hər gün bir xəbər eşitməsə, kar olar".

Doğrusu bu xəbəri eşidən də bir qədər düşünməli oldum. Abdulla Şaiqin "Tülkü həccə gedir" həcvi yadıma düşdü: Halal, haram qanmadan, işi ancaq yamanlıq olan tülkünün guya əməllərindən peşiman olub, tövbə edib həccə getməyini... xatırladım. Əlində təsbeh, ayaqlarında çarıq, çiynində şal qursaq, başında tirmə sarıq olan qoca tülkünün xoruzla bağlı əhvalatı... Tülkünün şirin dilinə aldanıb onun qurbanına çevrilən xoruza yazığım gəldi. Bu yerdə demək istədim: Ay yazıq, tülkü elə tülkülüyündədir. Saytda yerləşdirdiyimiz xəbər də bunu sübut edir. Deməli, o dövrün insanları da tülkünün şirin dilinə aldanıblar. Başları daşdan-daşa dəyəndə görüblər ki,.. Elə tülkünün özü də yəqin ki, az peşman olmayıb. Tülkü sifətində, tülkü xislətində olan ikiayaqlılarla birgə yaşamaq ona sərf etməyib. Necə deyərlər, iki qoçun başı bir qazanda qaynamayıb...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi