lider-media.az

“Elektron Hərrac Portalı” vasitəsilə 140 əmlakın realizəsi həyata keçirilib

Baxış: 303 Tarix: 13-06-2025, 16:07

 

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı məqsədilə ötən ilin sonunda Ədliyyə Nazirliyi tərəfindən istifadəyə verilmiş “Elektron Hərrac Portalı” vasitəsilə 6 ay ərzində ümumi dəyəri 100,000,000 AZN-dək olan 140 əmlak realizə edilib (satışı və ya ipoteka saxlayana təklif edilməsi). Nəticədə məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı uğurlu nəticələr əldə olunub.


Ədliyyə Nazirliyindən Lider-media.az- verilən məlumatda bildirilib ki, tam rəqəmsal formada həyata keçirilən hərraclarda ümumilikdə 308 fiziki və hüquqi şəxs iştirak edib. 


Hazırda Portalda elan mərhələsində 58, davam edən isə 47 hərrac mövcuddur.


Bu hərraclarda iştirak imkanları hər kəs üçün bərabər və əlçatandır. Qanunvericiliyə əsasən elektron hərracda iştirakına icazə verilən fiziki və hüquqi şəxslər, eləcə də tələbkar və borclular “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və Portalda elektron kabinet yaradaraq hərrac prosesində iştirak edə bilərlər.


Elektron hərracın keçirilməsi qaydası, portaldan istifadəyə dair təlimat və hərrac elanları ilə Portalın saytıvə sosial şəbəkə hesablarında tanış olmaq mümkündür.


 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi